Pley-off həyəcanı başlayır: “Beşiktaş” sensasiya iddiasında - YENİLƏNİR
Bu gün qitə miqyaslı turnirlərdə pley-off görüşlərinə start veriləcək. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsində oynamaq iddiasında olan 20 komandadan 10-u meydana çıxacaq.
Azərbaycan futbolsevərlərinin diqqəti qonşu Türkiyə təmsilçisinin matçına yönələcək. Bu yay gerçəkləşdirdiyi transferlərlə özündən söz etdirən “Beşiktaş” İngiltərə “Arsenal”ını qəbul edəcək. Qonaqlar cütün favoriti olsalar da, İstanbul təmsilçisi sensasiya iddiasındadı.
Günün digər matçlarına gəlincə, Avstriyadakı oyuna da maraq az deyil. Belə ki, Azərbaycan çempionu “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Zalsburq”un sonrakı taleyi də ölkəmizdə maraq doğurur. Avstriya çempionunun rəqibi “Malmö”dü.
Rumıniyada Şərqi Avropa təmsilçiləri “Styaua” ilə “Ludoqorets” qarşılaşacaq. Almaniya “Bayer”i isə Danimarkada “Kopenhagen”in qonağı olacaq. “Böyük beşlik” çempionatlarının iki təmsilçisi – “Napoli” və “Atletik” Neapolda münasibətlərini aydınlaşdıracaq.
Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
19 avqust
23:45. “Zalsburq” (Avstriya) - “Malmö” (İsveç)
23:45. “Styaua” (Rumıniya) - “Ludoqorets” (Bolqarıstan)
23:45. “Beşiktaş” (Türkiyə) - “Arsenal” (İngiltərə)
23:45. “Kopenhagen” (Danimarka) - “Bayer” (Almaniya)
23:45. “Napoli” (İtaliya) - “Atletik” (İspaniya)
Mənbə:> Apasport.az