Obama Rusiyaya təşəkkür etdi
“Biz müttəfiq və tərəfdaşlarımıza minnətdarıq - Danimarka, Norveç, İtaliya, Finlandiya, Almaniya və Böyük Britaniya - bu missiyaya öz töhfələrini verdiklərinə görə. Biz Rusiya və Çinin dəstəyini də yüksək qiymətləndiririk" – deyə Obamanın Suriyada kimyəvi silahların məhvi ilə bağlı şərhində deyilir.
ANS PRESS-in məlumatlna görə, o bildirib ki, Suriyada kimyəvi silahların məhv edilməsi Rusiya və Çində daxil olmaqla bir sıra ölkələrin müdaxiləsi ilə mümkün olub.
Qeyd edək ki, bazar ertəsi günü Pentaqonun rəsmi nümayəndəsinin verdiyi xəbərə görə, Suriya kimyəvi silahları “Care Ray” gəmisinin göyərtəsində məhv edilib.
Kirbi əlavə edib ki, ABŞ Suriyanın kimyəvi silah istehsal edən obyektlərin də məhvi barədə verdiyi sözü necə icra edəcəyini axıra dək izləyəcək.
Mənbə:> ANSPRESS