“Qəbələ”nin “Çukariçki” sınağı: Heyətlər bəllidi
Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı “Qəbələ” avrokuboklarda növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, əyalət klubu Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda Serbiya “Çukariçki” ilə qarşılaşacaq.
Bakıdakı “Bakcell Arena” stadionunda baş tutacaq qarşılaşmada “Qəbələ” mütləq qalib gəlməlidi. Səfərdə 0:1 hesabı ilə uduzan “qırmızı-qaralar” məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
İki aparıcı futbolçusu – Vitali Vernidubla Georgi Floreskunun xidmətindən məhrum olan təmsilçimiz tarixində ilk dəfə III təsnifat mərhələsinə yüksəlmək əzmindədi. Roman Qriqorçukun yetirmələri qapısını toxunulmaz saxlamaqla yanaşı, cari mövsümün 4 matçında qol buraxmayan rəqibin müqavimətini qırmalıdı.
Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunları
23 iyul
21:00. "Qəbələ" (AZƏRBAYCAN) - "Çukariçki" (Serbiya)
Baş hakim: Radek Prjixoda
Yan xətt hakimləri: İvo Nadvornik, Yakub Qrabovski
Dördüncü hakim: Pavel Orel (hamısı Çexiya)
UEFA hakim-inspektoru: Andreas Şluxter (İsveçrə)
UEFA nümayəndəsi: Per Svard (İsveç)
Bakı. “Bakcell Arena” stadionu
İlk oyun – 0:1
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 34. Ürfan Abbasov, 3. Stankoviç, 44. Rafael Santos, 20. Rikardinyo, 6. Rəşad Sadiqov, 66. Samir Zərgərov, 9. Sergey Zenyov, 19. Aleksey Qay, 14. Cavid Hüseynov, 69. Aleksey Antonov
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 4. Elvin Camalov, 8. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 11. Asif Məmmədov, 13. Murad Musayev, 10. Dodo
Baş məşqçi: Roman Qriqorçuk
“Çukariçki”: 12. Nemanya Stevanoviç, 22. Filip Stoykoviç, 23. Boyan Ostoyiç, 4. Lukas Pyasentin, 31. Rayko Brejançiç, 6. Draqolyub Srniç, 8. Branislav Yankoviç, 24. Petar Boyiç, 9.Stoylkoviç, 14. Slavolyub Srniç, 11. Andriya Pavloviç
Ehtiyat oyunçular: 1. Nikola Petriç, 5. Marko Ranceloviç, 20. Reqan Obeng, 10. Matiç, 7. Stanişa Mandiç, 19. Saşa Yovanoviç, 30. Nenad Mirosavlyeviç
Baş məşqçi: Vladan Miloyeviç
Mənbə:> Apasport.az