Azərbaycanlı hakim Ermənistan klubunun oyununu idarə edəcək
Azərbaycanlı FİFA hakim-inspektoru Asim Xudiyev Ermənistanın “Alaşkert” klubunun Avropa Liqasının II təsnifat mərhələsində Qazaxıstan “Kayrat”ı ilə keçirəcəyi ilk oyuna təyinat alıb.
AzNews.info Report-a istinadən xəbər verir ki, iyulun 16-da Almatıda baş tutacaq qarşılaşmada A.Xudiyev rusiyalı hakimlər briqadasının işini qiymətləndirəcək.
Matçın baş hakimi Sergey İvanov, yan xətt hakimləri Vyaçeslav Semyonov və Valeri Dançenko, dördüncü hakim Kirill Levnikov olacaq. UEFA nümayəndəsi isə belaruslu Sergey İlyiçdir.
Qeyd edək ki, “Kayrat” - “Alaşkert” matçı Bakı vaxtı ilə saat 19:45-də başlanacaq.
Mənbə:> Report.az