Avropanın əsas oyunu türk hakimə etibar edildi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Avropanın əsas oyunu türk hakimə etibar edildi

Avropanın əsas oyunu türk hakimə etibar edildi


Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, möhtəşəm finalı türkiyəli hakim Cüneyt Çakır idarə edəcək.

Məsuliyyətli sınaqda Çakıra Bahaddin Duran və Tarık Engin yardımçı olacaq.

Matçın dördüncü hakimi isə isveçli Yonas Erikson təyin olunub.

Qapı arxası hakimlər də türklər olacaq. Hüseyn Göçek və Barış Şimşək Cüneyt Çakırın qapı arxasındakı “gözü – qulağı” olacaqlar. Ehtiyat hakim isə Mustafa Eysoy olacaq.

Xatırladaq ki, Çakır bu mövsüm Çempionlar Liqasında 4 oyun idarə edib, 16 sarı, bir qırmızı vərəqə göstərən türk hakim, iki dəfə də komandaları penalti ilə cəzalandırıb.

Qeyd edək ki, Berlində “Olimpiaştadion”da oynanacaq final oyunu iyunun 6-da baş tutacaq.

Mənbə: Apasport.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *