Gəncədə azarkeşlər hakimə hücum ediblər » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Gəncədə azarkeşlər hakimə hücum ediblər

Gəncədə azarkeşlər hakimə hücum ediblər


Futbol üzrə Azərbaycan birinciliyinin I divizionun 25-ci turunda az öncə başa çatan “Kəpəz”-“Ağsu” (2:3) matçında qalmaqal yaşanıb.

AzNews.info-nun sportal.az-a istinadən məlumatına görə, oyunun son dəqiqəsində hesab 2:2 olarkən “Kəpəz”in qapısına penalti təyin olunub. “Ağsu”nun heyətində Fərrux Rəhimov hesabı dəyişərək komandasına 3:2 hesabı ilə qələbə qazandırıb.

Hakimin bu qərarından sonra gəncəli azarkeş və ehtiyat skamyasında əyləşən futbolçular meydana axışıb və hakimə fiziki təzyiq göstərib.

Stadionda isə cəmi 4 nəfər polis əməkdaşı olub. Vəziyyətin çətinləşdiyini görən baş hakim Etibar Həsənov final fitini çalaraq paltardəyişmə otağına keçib.

Mənbə: Sportal.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *