"Qarabağ"ın futbolçusunun komandası ermənilərə dərs keçdi
AVRO-2016-nın seçmə mərhələsində V turun növbəti oyunları keçirilir.
ANS PRESS-in məlumatına görə, Almaniya səfərdə Gürcüstana 2:0 hesabı ilə qalib gəlib.
Matçın 39-cu dəqiqəsində Marko Reus fərqlənib. Bu qoldan 5 dəqiqə sonra Tomas Müller fərqi ikiyə çatdırıb. Matç bu hesabla da başa çatıb: 2:0
Qarşılaşmada Bakının “İnter” klubunu çalışdıran Kaxaber Sxadadzenin millidə ilk seçmə oyunu oldu.
Albaniya millisi isə evdə Ermənistana qalib gəlib. Oyunun 4-cü dəqiqəsində ermənilər irəli keçib. Yura Movsisyan fərqlənib. Lakin 77-ci dəqiqədə Mergim Mavray vurduğu qolla hesabı bərabərləşdirib. 82-ci dəqiqədə isə Şkelzen Qaşi Albaniyanın qələbə toöpunu vurub: 2:1.
“Qarabağ”ın futbolçusu Ansi Aqolli Albaniya millisinin start heyətində oynayırdı. Albaniya millisinin əsas üzvlərindən olan müdafiəçi oyunu ilə diqqəti özünə cəlb edə bilib.
Mənbə:> ANSPRESS