"Ermənistana uduzsan, geri qayıtma" » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

"Ermənistana uduzsan, geri qayıtma"

"Ermənistana uduzsan, geri qayıtma"


"Azarkeşlərimizi yaxşı nəticələrlə sevindirmək istəyirik. Doğma meydanda ancaq qələbə haqda düşünürük. Rəqibin oyunlarına baxmışıq. Necə oynadıqlarını bilirik. Erməniləri məyus yola salmaq üçün əlimizdən gələni edəcəyik".

ANS PRESS-in məlumatına görə, bu sözləri Ermənistanla oyuna hazırlaşan Albaniya millisinin düşərgəsində olan "Qarabağ”ın futbolçusu Ansi Aqolli deyib.

Albaniya mətbuatına danışan Ansi Azərbaycan - Ermənistan münaqişəsini unutmayıb: "Məlum məsələdi ki, "Qarabağ"da oynadığımdan bu matç mənim üçün önəmlidi. Klubda mənə deyildi ki, uduzsan, geri qayıtmaya bilərsən. Təbii ki, bu, zarafatdı. Ötən seçmə mərhələdə erməniləri məğlub edəndə klubdan mənə xüsusi mükafat verdilər. Ola bilsin ki, bu dəfə də qalib gələcəyimiz halda məni Azərbaycanda yenə mükafatlandıracaqlar”.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *