"Qarabağ" qərar verdi
AZXEBER.COM-un məlumatına görə, bunu “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, AFFA ilə birgə bu məsələni müzakirə edəcəyik. “Qarabağ” dekabrın 15-də Nyondakı püşkatmaya getməli idi, ancaq alınmadı: “Mən o günü həsrətlə gözləyirdim. Biz UEFA-ya etirazımızı bildirəcəyik. Güman edirik ki, bizim uğurlarımızın hakim səhvi ilə əlimizdən alınmasını UEFA da təsdiq edəcək. Bu cür açıq aydın xətanın olması insanlarda sual yaradır. “Qarabağ” gələcəkdə Avropa qapılarını təzədən döyəcək. Gərçəkdən tarixi qələbə əlimizdən alındı. Ancaq həyat davam dir. Rəhbərlik olaraq klubumuza dəstəyimizi davam edəcəyik”, - deyə Tahir Gözəl söyləyib.
Klub rəsmisi bu uğuru növbəti illərdə bir daha təkrarlayacaqlarına inandığını söyləyib..
Qeyd edək ki, dünən “Qarabağ” və “İnter” klubları arasında baş tutan Avropa Liqası qrup oyununda hakim tərəfindən müəammalı qərar qəbul edilib. Oyunun baş hakimi oyunun son dəqiqələrində “Qarabağ”ın hesabda fərqlənməsinə baxmayaraq qolunu qeydə almayıb. Nəticədə oyun 0:0 hesabı ilə bitib. Ağdam təmsilçisini son nəticədə növbəti mərhələyə adlaya bilməyib.
Mənbə:> AZXEBER.COM