"Qarabağ" çexlərə tapşırıldı
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Dnepr” - “Qarabağ” matçına təyinatlar açıqlanıb.
ANS PRESS-in məlumatına görə, 3-cü tur çərçivəsində baş tutacaq görüşü çexiyalı ədalət təmsilçisləri idarə edəcək.
Matçın baş hakimi Libor Kovarjik olacaq. Ona Kristof Mençl və Yan Patak yardım edəcək. Əlavə köməkçi hakimlər: Radek Prjiqoda və Yan İlek, dördüncü hakim Petr Blajek olacaq. UEFA nümayəndəsi funksiyasını bolqar Stefan Ormanciyev yerinə yetirəcək.
Qeyd edək ki, “Dnepr” - “Qarabağ” qarşılaşması oktyabrın 23-də Bakı vaxtı ilə saat 00.05-də Kiyevin Olimpiya stadionunda keçiriləcək.
Mənbə:> ANSPRESS