UEFA "Qarabağ"la bağlı qərar verdi
UEFA Ağdamın "Qarabağ" futbol klubunun oyunları ilə bağlı qərarını açıqlayıb.
ANS PRESS-in məlumatına görə, təmsilçimizin ev oyunları saat 21.00-da başlayacaq.
Qeyd edək ki, Avropa Liqasının proqramına əsasən qrup mərhələsinin oyunları iki fərqli saatda başlayır: Bakı vaxtı ilə 22.00 və 00.05. Lakin saat fərqinə görə bəzi qarşılaşmaların vaxtı dəyişdirilir.
Beləliklə, "Sent-Etyen"lə sentyabrın 18-də, "Dnepr"lə noyabrın 6-da, "İnter"lə isə dekabrın 11-də baş tutacaq oyunlar saat 21.00-da start götürəcək.
Mənbə:> ANSPRESS