“Qarabağ”ın rəqibi darmadağın oldu
Futbol üzrə Fransa çempionatında IV turun oyunları keçirilib.
ANS PRESS-in məlumatına görə, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Sent-Etyen" 4-cü tur çərçivəsində səfərdə PSJ ilə qarşılaşıb.
Oyun Paris təmsilçisinin qələbəsi ilə başa çatıb. Meydan sahibləri qonaqların qapısından 5 cavabsız top keçiriblər. İlk qolu 24-cü dəqiqədə sent-etyennlilərin oyunçusu Stefan Ruflle öz qapısına vurub. 41, 62 və 72-ci dəqiqələrdə Zlatan İbrahimoviç, 64-cü dəqiqədə isə Edinson Kavani qonaqları məyus edib.
Son oyun günündə 3 qarşılaşma baş tutub. “Bordo” – “Bastiya” matçında qalib müəyyənləməyib – 1:1. “Lion” isə səfərdə “Metz”ə uduzub – 1:2
Qeyd edək ki, hazırda turnir cədvəlinə 10 xalla "Bordo" başçılıq edir. 4 turdan sonra "Sent-Etyenn" 7 xalla 8-ci pillədə qərarlaşıb.
31 avqust
Fransa Liqası, IV tur
"Bordo" - "Bastiya" 1:1
Qollar: Tallo, 18 (0:1), Ralon, 79 (1:1)
"Metz" - "Lion" - 2:1
Qollar: Lakazetti, 68 (0:1), Nkbaqoto, 82 (1:1), Falkon, 87 (2:1)
PSJ - "Sent Etyen" - 5:0
Qollar: Ruffiers, 24-avtoqol, (1:0), İbrahimoviç, 41 (2:0), 62, (3:0), Kavani, 63 (4:0), İbrahimoviç, 72 (5:0)
Mənbə:> ANSPRESS