"Xəzər Lənkəran"dan azarkeşlərə jest
Topaz Premyer Liqasının IV turunun "Xəzər Lənkəran" - "İnter" matçına bilet satılmayacaq.
ANS PRESS-in məlumatına görə, Lənkəran klubunun prezidenti Mais Mənsimovun qərarına əsasən azarkeşlər üçün oyuna giriş sərbəst olacaq.
Qeyd edək ki, "Xəzər Lənkəran" ilk 3 turda 8 xal itirib. Mövsümün yeganə xalını ilk turun AZAL-la oyununda qazanan lənkəranlılar azarkeşləri narazı salıb. Görünür "Xəzər Lənkəran" rəhbərliyi bu yolla azarkeşlərin könlünü almaq istəyir.
Bu arada Topaz Premyer Liqasının IV turu çərçivəsində baş tutacaq "Xəzər Lənkəran" - "İnter" matçının saatı açıqlanıb. Avqustun 29-da keçiriləcək matç saat 20.00-da start götürəcək.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "İnter" oyununa giriş pulsuz olacaq. Klub rəhbərliyi bu yolla azarkeşlərə jest etmək qərarına gəlib.
Mənbə:> ANSPRESS