"Mənim həmkarlarımdan fərqim ondadır ki..." -Tolikdən maraqlı açıqlama
Bu gün Xəzər telekanalında yayımlanan "Hər şey daxil" verilişinin qonaqı prodüser Tolik olub
Gecce.az xəbər verir ki,prodüser həmkarlarından fərqli olduqunu bildirib və bunları deyib :
"İşlədiyim müğənnilərə görə bəxtim gətirib.Hər ikisi işini bacarır,mənə çox vaxt ehtiyyac qalmır.Bəzi prodüserlərdən buna görə fərqlənirəm.Prodüser əslində məhsuldan olmalıdır.Bir-iki prodüser tanıyıram,yalandan efirə gəlib deyirlər ki,mənim müğənnimin ayda 30 toyu var.Restorandan soruşanda isə onlar onun yalan olduğunu,gətirib müğənnisini ucuz qiymətə məclislərə salmaq istədiyini deyir.Mən isə heç vaxt müğənnilərimi ucuz qiymətə toya salmamışam.Çünki işlədiyim insanın dəyərini bilməsəm sabah başqası mənə nə deyər?Sabah mən o müğənnilərin yanında olmayanda,restoran onu mənlə işlədiyi vaxtdakı qiymətə dəvət edəcək.O,da ürəyində məni söyəcək".
Mənbə:> Gecce.Az