Faiq Ağayevdən şok etiraf
Xalq artisti Faiq Ağayev hər kəsi şoka salıb.
ANS PRESS-in məlumatına görə, ifaçı haqqında heç vaxt danışmadığı oğlu barədə sosial şəbəkədə yazı paylaşıb. Övladının 25 yaşını təbrik edən F. Ağayev ondan uzaqda olduğunu bildirib:
"04:05-də dünyaya göz açdın. Anlamırdım. Vur-tut 17 yaşım var idi. Qəfildən yağış yağdı, 5 dəqiqəlik. Bax nədənsə o yadımda qaldı. Bu gün başqayam. İgid, yaraşıqlı, istedadlı, ər oğlum – 25 yaşın mübarək. Yaxınsan, uzaqlardayam”- sözlərini bildirib.
Qeyd edək ki, xalq artisti bir müddət öncə oğlunun olmasını təkzib etməsi barədə açıqlama verərək bir zamanlar bunun belə olmasının lazım olduğunu deyib.
Mənbə:> ANSPRESS