Gürcüstanlı gənc Lənkəranda boğuldu
Xəzər daha bir can aldı.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, əslən Gürcüstandan olan, Bakı şəhərində yaşayan Qafqaz Universitetinin 5-ci kurs tələbəsi 21 yaşlı Əsgərov Amil Vüqar oğlu Lənkəranda dənizdə çimərkən boğulub. Hadisə rayonun Sutəmurdov kəndi yaxınlığında, yerli əhali tərəfindən Belyuqa kimi tanınan çimərlkdə baş verib. Batan gəncin meyidi FHN-nin sulardan xilas etmə xidmətinin cənub dalğıc axtarış qrupunun xilasediciləri tərəfindən təqribən 2 saatlıq axtarışlardan sonra batdığı ərazidən təqribən 100-150 m aralıqda tapılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, boğulan gənc Lənkərana istirahətə gəlibmiş.
Mənbə:> ANSPRESS