"Qarabağ" Fransanı fəth edə biləcəkmi? » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

"Qarabağ" Fransanı fəth edə biləcəkmi?

"Qarabağ" Fransanı fəth edə biləcəkmi?


Bu gün Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçiriləcək.

ANS PRESS-in məlumatına görə, Azərbaycan çempionu "Qarabağ" səfərdə meydana çıxacaq.

Qurban Qurbanovun başçılıq etdiyi komandamız "Sent-Etyen"in qonağı olacaq. Bakı vaxtı ilə saat 00.05-də başlayacaq qarşılaşmanı islandiyalı FIFA referisi Kristinn Yakobsson idarə edəcək. Oyun Sent-Etyendəki "Ceffri Quiçard" stadionunda baş tutacaq.

"Qarabağ"ın yer aldığı qrupda "İnter" 8 xallla liderdi. "Dnepr", "Qarabağ" və "Sent-Etyen"in aktivində 4 xal var. Komandamız 1/16 finala çıxmaq üçün bu gün "Sent-Etyen"i məğlub etməlidi.

Qeyd edək ki, "Qarabağ"la "Sent-Etyen" arasında ilk oyun sentyabrın 18-də Bakıda keçirilib və 0:0 hesabı ilə başa çatıb. Azərbaycan çempionu qrupdakı digər oyunlarında "Dnepr"i səfərdə udub (1:0), evdə uduzub (1:2) və "İnter"ə səfərdə yenilib (0:2). "Sent-Etyen" isə keçirdiyi 4 oyunun hamısında heç-heçə edib. F qrupunun digər oyunu bu gün Kiyevdə "Dnepr"lə "İnter" arasında keçiriləcək.

Avropa Liqası
Qrup mərhələsi
V tur, 27 noyabr

F qrupu

00.05 Sent-Etyen (Fransa) - Qarabağ (Azərbaycan)

Sent-Etyen (gözlənilən heyət): Stefan Ruffier, Mustafa Bayal Sall, Frank Tabanu, Loik Perren, Florenten Poqba, Fabien Lemoin, Renaud Koad, Ceremi Kleman, Romain Hamuma, Kevin Monne-Pake, Rikki van Volfsvinkel.

Qarabağ (gözlənilən heyət): İbrahim Şehiç, Maksim Medvedev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Ansi Aqolli, Qara Qarayev, Namiq Yusifov, Leroy Corc, Muarem Muarem, Riçard Almeyda, Vüqar Nadirov.

Hakimlər: Kristinn Yakobsson, Siqurdur Oli Torleifsson, Qunnar Qunnarsson, Gilfi Mar Siqurdsson (İslandiya).
Əlavə köməkçi hakimlər: Toroddur Hyaltalin, Torvaldur Arnason (İslandiya).
UEFA nümayəndəsi: Tobias Volf (Almaniya).
Hakim-inspektor: Jouni Hyytia (Finlandiya).
Sent-Etyen. "Ceffri Quiçard" stadionu.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *