AVRO 2016-nın qrup mərhələsinin növbəti oyunları keçirilib » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

AVRO 2016-nın qrup mərhələsinin növbəti oyunları keçirilib – NƏTİCƏLƏR

AVRO 2016-nın qrup mərhələsinin növbəti oyunları keçirilib


Avropa çempionatı - 2016-nın seçmə mərhələsində V turun oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, 4 gün davam edəcək V turda öncə C, E və G qrupunun matçları baş tutub.

C qrupunda son Avropa çempionu İspaniya millisi öz meydanında Ukraynanı sınağa çəkib və 28-ci dəqiqədə Alvaro Moratanın vurduğu tək qol Visente del Boskenin yetirmələrinə 3 xal qazandırıb. Qrupun digər oyunlarında Slovakiya millisi autsayder Lüksemburqa 6:0, Belarus isə Makedoniyaya 2:1 hesabı ilə qalib gəlib.

E qrupunun lideri İngiltərə yığması evdə Litva ilə münasibətlərini aydınlaşdırıb. Unguluslər 4:0 hesabı ilə qələbə qazanıb. Qrupdakı digər oyunlarda Sloveniya öz meydanında San Marinonu – 6:0, İsveçrə isə Estoniya 3:0 hesabı ilə məğlub edib.

G qrupunda keçirilən Monteneqro – Rusiya matçı isə yarımçıq dayandırılıb.

Qeyd edək ki, Azərbaycan millisinin yer aldığı H qrupunun matçları bu gün keçiriləcək.

AVRO-2016-nın seçmə mərhələsi, V tur

C qrupu

İspaniya – Ukrayna - 1:0
Slovakiya – Lüksemburq - 3:0
Makedoniya – Belarus - 1:2

E qrupu

İngiltərə - Litva - 4:0
İsveçrə - Estoniya - 3:0
Sloveniya – San-Marino - 6:0

G qrupu

Monteneqro - Rusiya - 0:0 (Yarımçıq dayandırıldı)
Lixtenşteyn - Avstriya - 0:5
Moldova – İsveç - 0:2

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *