Millimiz uduzdu: 5 qol, 2 penalti, 1 "qırmızı" » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Millimiz uduzdu: 5 qol, 2 penalti, 1 "qırmızı"

Millimiz uduzdu: 5 qol, 2 penalti, 1 "qırmızı"


Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində ikinci oyununu keçirib.

ANS PRESS-in məlumatına görə, komandamızın rəqibi Slovakiya olub.

Belçikanın Dunaujvaroş şəhərindəki "Ezsperanto Ut" stadionunda baş tutan oyunda hesabı 41-ci dəqiqədə Filip Lesniak açıb. Budaq Nəsirov 50-ci dəqiqədə penaltini qola çevirərək hesabı bərabərləşdirsə də, millimizin sevinci 2 dəqiqə çəkib. Belə ki, 52-ci dəqiqədə Yakub Hromada 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. 68-ci dəqiqədə Tomaş Vesteniçki, 84-cü dəqiqədə Miroslav Kaçer millimizin qapısına yol tapıb və Slovakiya 4:1 hesablı qələbə qazanıb.

Qrupun digər matçında meydan sahibi Macarıstan Sloveniyanı sınağa çəkib. 2 qolun vurulduğu oyun 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan ilk turda Belçika ilə "sülh" bağlayıb - 1:1. Slovakiya isə Sloveniyanı 2:1 hesabı ilə yenib. Millimiz son turun oyununu noyabrın 15-də Sloveniyaya qarşı keçirəcək.

Avropa çempionatı
Seçmə mərhələ
4-cü qrup, 12 noyabr

Slovakiya - Azərbaycan 4:1
Qollar: Filip Lesniak, 41. Yakub Hromada, 52-pen. Tomaş Vesteniçki, 68. Miroslav Kaçer, 84 - Budaq Nəsirov, 50-pen.

Qırmızı vərəqə: Yusup Hakimov, 81.
Hakimlər: Eli Hakmon, David Morhaim (İsrail), Peter Kobor, Adam Farkaş (Macarıstan).
Dunaujvaroş. "Ezsperanto Ut" stadionu.

Sloveniya - Macarıstan 1:1
Qollar: Alen Ozbolt, 45+1 - Barnabas Raks, 64-pen.
Hakimlər: Con Beaton, Qrem Stuart (Şotlandiya), Matteo Passeri, Marko Quyda (İtaliya).
Tatabanya. "Qrosiçs Qyula" stadionu.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *