Çex hakimə hədiyyə
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində "İnter"lə oyunda üzləşdiyi haqsızlığa çexiyada yaşayan həmvətənlərimizdən qəribə reaksiya verilib.
AzNews.info futbol11.az saytına istinadən xəbər verir ki, həmin ölkədə yaşayan Eldar Vəliyev Çexiya Futbol Federasiyasına "hədiyyə" göndərib. Hədiyyə paketinin içərisində isə (-4) ölçülü eynək olub. Onun hakim Zelinkaya təqim olunması xahiş edilib. Bununla da, həmyerlilərimiz hakimin gözünün "kor" olmasını Çexiya Futbol Federsiyasının rəhbərliyinə də bildirmək istəyib
Mənbə:> Futbol11.az