Azərbaycan təmsilçiləri çətin səfərdə » AzNews.info -Xəbər portalı

Bölmə: Futbol, Foto

Azərbaycan təmsilçiləri çətin səfərdə – FOTO

Azərbaycan təmsilçiləri çətin səfərdə


Futbol üzrə Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunlarına start verilib.

ANS PRESS-in məlumatına görə, turnirdə ölkəmizi təmsil edən "Qəbələ" və "İnter" bu gün meydana çıxır. Hər iki klubumuz ilk matçlarını səfərdə keçirir. "Qəbələ" Kiprdə "Apollon"un, "İnter" isə Bilbaoda "Atletik"in qonağı olacaq. Gürcüstanın "Dinamo" və Serbiyanın "Çukariçki" klublarını mübarizədən kənarlaşdıran Roman Qriqorçukun komandası eyni uğuru Kiprdə təkrarlamağa çalışacaq. Hər halda üç il əvvəl "Neftçi"nin APOEL-in başına açdığı oyun kiprlilər üçün göz dağı olmalıdır. "Flaqman" 2012-ci ildə APOEL-i səfərdə 3:1 hesabı ilə məğlub edərək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı. Amma klub tarixində rekorda imza atan "qırmızı qaralar" bu mövsüm səfərdə keçirdiyi hər iki oyunda məğlub olub. Bu baxımdan da "Qəbələ" bu uğursuz tilsimi qırmaq üçün əlindən, ayağından və başından gələni edəcək. Komandanın ukraynalı çalışdırıcısıRoman Qriqorçuk da Kiprdə onları asan oyun gözləmədiyini, rəqibin çox güclü komanda olduğunu vurğulayıb:


Azərbaycan təmsilçiləri çətin səfərdə
"Qəbələ"nin baş məşqçisi - Roman Qriqorçuk


"Komandamız da, rəqibimiz də iki mərhələ keçib. Düşünürəm ki, niyyətimiz də eynidir. Hər iki komanda növbəti mərhələyə yüksəlmək istəyir. Biz mümkün olan hər şeyi edəcəyik ki, mərhələ keçməyə imkan verən nəticə qazanaq".

Artıq hər iki komanda oyun öncəsi son məşqini də keçirib."Apollon" bu matça qədər keçirdiyi 4 qarşılaşmada rəqib qapılarına 8 qol vurub, qapısından qol buraxmayıb. İki dəfə qələbə qazanan, iki dəfə isə məğlub olan "Qəbələ" qapısında üç qol görüb. Qriqorçukun yetirmələrinə rəqib torunu sirkələmək 5 dəfə müəssər olub. "Antonis Papadopoulos" stadionunda keçiriləcək qarşılaşmanın start fiti isə 22:00-da veriləcək.


Azərbaycan təmsilçiləri çətin səfərdə
"Qəbələ"nin oyun öncəsi son məşqi


Bakı "İnter"inin rəqibi isə İspaniyanın ən titullu "Atletik Bilbao" klubudur. İki dəfə Avropa Liqasının gümüş mükafatlarına (1977, 2012) sahib çıxan "Bilbao" təmsilçisi İspaniya La Liqasını "Barselona" və "Real Madrid" kimi heç vaxt tərk etməyib. Bu baxımdan maliyyə böhranı yaşayan Zaur Svanadzenin komandasını səfərdə çətin oyun gözləyir. "Bankirlər" bu mövsüm avrokuboklarda 4 qarşılaşma keçirib. Üç heç-heçə və bir qələbə ilə iki mərhələ adlayan "bakılılar"ın rəqibi isə Avropa Liqasında debüt edir. Komandamızın gürcü baş məşqçisi Zaur Svanadze qarşılaşma öncəsi keçirdiyi mətbuat konfransında yaşadıqları maliyyə böhranının yaxşılığa doğru dəyişəcəyinə ümid etdiyini, futbolçularına güvəndiyini bildirib:


Azərbaycan təmsilçiləri çətin səfərdə
"İnter"in baş məşqçisi - Zaur Svanadze

- Qələbə qazansaq, qəhrəmana çevriləcəyik. Uduzsaq belə, heç kim bizi mühakimə etməyəcək. Pley-off mərhələsinə vəsiqə qazanmaq istəyirik. Buna nə dərəcədə gücümüzün çatacağını oyun göstərəcək".

Komandalar məşq prosesini keçib və matçın başlayacağı saatı gözləyirlər. Keçirdiyi 4 qarşılaşmanın hamısında qol vurmağı bacaran "İnter"in İspaniyada da bu uğuru davam etdircəyinə inanırıq. Bilbaonun "San Mames" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 23:45-də start götürəcək.


Azərbaycan təmsilçiləri çətin səfərdə
"İnter"in oyun öncəsi son məşqi


Hər iki təmsilçimiz cavab oyunları bir həftə sonra Bakıda keçirəcək. "Qəbələ" rəqibini "Bakcell arena"da, "İnter" isə "İnter arena"da qəbul edəcək.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *