"Qarabağ"la oyun öncəsi itki
“Qarabağ”ın Avroliqadakı rəqibi "İnter"in hücumçusu Mauro İkardi sıradan çıxıb.
ANS PRESS-in məlumatına görə, futbolçu bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
O, "Atalanta" ilə görüşdə zədələnib. Baş məşqçi Valter Matsari "Kalyari" və "Qarabağ"la oyunlarda forvardı meydana buraxmayacaq.
Mütəxəssis İkardinin xidmətindən gələn həftə sonu "Fiorentina"yla qarşılaşmada yararlana bilər.
Qeyd edək ki, "Qarabağ" oktyabrın 2-də İtaliyada "İnter"in qonağı olacaq.
Mənbə:> ANSPRESS