"Qarabağ"da daha bir itki » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

"Qarabağ"da daha bir itki

"Qarabağ"da daha bir itki


"Qarabağ" daha bir ciddi itki ilə üzləşib.

AzNews.info ANS PRESS-ə istinadən xəbər verir ki, Ağdam klubu braziliyalı yarımmüdafiəçi Danilo Diası itirib. O, dizindən zədə alıb.

Bu səbəbdən onun bir ay yaşıl meydanlardan kənarda qalacağı deyilir.

Qeyd edək ki, "Qarabağ"ın başqa bir aparıcı üzvü Çumbinyo "Sent-Etyen"lə oyunda zədələnib. O, 5 ay oynaya bilməyəcək.

Klubun rəsmi saytında yayılan məlumatda bildirilir ki, yayda komandaya qoşulan Dias dizində ağrılar hiss edirmiş. Klubun tibbi personalı davamlı müalicələrlə əməliyyatın qarşısını almağa cəhd etsə də 29 yaşlı futbolçunun dizində "mensk" əməliyyatı qaçılmaz olub. Danilo yaxın günlərdə Türkiyədə əməliyyat olunacaq və təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *