Boyko Bakıya gəlir
Bolqarıstanın Baş naziri Boyko Borisov və Rusiya prezidenti Vladimir Putin cümə günü Bakıda start götürəcək Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak edəcəklər, Oxu.Az “Standart” qəzetinə istinadən xəbər verir.
Gözlənilir ki, Bolqarıstanın baş naziri və idman naziri Krasen Kralev Azərbaycanın paytaxtına cümə günü gələcəklər.
İlk Avropa Oyunları 12-28 iyun tarixlərində keçiriləcək. Oyunlarda 130 bolqar idmançısı iştirak edəcək və idmanın 30 növündə mübarizə aparacaqlar.
Ümumilikdə Bakıda oyunlarda 50 ölkədən 6000 min idmançı iştirak edəcək.
Mənbə:> Oxu.Az