Avropa Oyunlarında Ermənistanın 25 idmançısı iştirak edəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, İdman

Avropa Oyunlarında Ermənistanın 25 idmançısı iştirak edəcək

Avropa Oyunlarında Ermənistanın 25 idmançısı iştirak edəcək


Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında Ermənistanı 25 idmançı təmsil edəcək, bu barədə jurnalistlərə çərşənbə axşamı Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Qraçya Rostomyan bildirib.

Oxu.Az erməni KİV-nə istinadən xatırladır ki, erməni idmançıları taekvondo, atıcılıq, sambo, boks, sərbəst və yunan-roma güləşi üzrə medallar uğrunda mübarizə aparacaqlar.

“Hal-hazırda təşkilatçılıq və təhlükəsizliklə bağlı heç bir problem yoxdur”, - erməni nümayəndə heyətinə rəhbərlik edəcək Rostomyan bildirib. Onun sözlərinə görə, birinci qrup Bakıya iyunun 10-da gələcək.

“Erməni nümayəndəsinin iştirakı ilə əlaqədar bütün maliyyə məsələlərini MOK prezidenti Gaqik Tsarukyan həll edib, baxmayaraq ki, Azərbaycan öncədən bütün xərcləri öz üzərinə götürmüşdü”, - Rostomyan əlavə edib.

Amma onun sözlərinə görə, Bakıya Olimpiya oyunlarının gümüş mükafatçısı Arsen Culfalakyan və bürünc mükafatçısı Artur Aleksanyan gəlməyəcək. Rostomyan bildirib ki, bu qərarı idmançılar özləri veriblər.

2007-ci ildə Bakıda Dünya çempionatında iştirak edən Culfalakyan “Azatutün” radiosuna söhbət əsnasında bildirib ki, Bakıda çıxış etməyin nə olduğunu şəxsi təcrübəsindən bilir. Onun sözlərinə görə, bərabər hüququ yaddan çıxarmaq lazımdır.

“İdmançılarımızn psixoloji durumundan narahat olmaq lazım deyil, hər şey yaxşı olacaq. Onları dəstəkləməyə çağırıram, belə ki, onlar ölkəmizi layiqincə təmsil edə və medallar qazana bilərlər. İstənilən medal bizim üçün önəmlidir”, - Rostomyan əlavə edib.

Rostomyan daha öncə bildirmişdi ki, Bakıda keçiriləcək oyunlarda iştirak etmək məsələsi müzakirə edilərkən, əsas məsələ təhlükəsizlik idi, nəinki ədalətli mühakimə məsələsi. Amma sonuncu məsələyə dair də Rostomyanın sözlərinə görə, Beynəlxalq və Avropa Olimpiya komitələrindən zəmanət verilib. “Bakı sadəcə oyunların keçirildiyi yerdir, Avropa Oyunlarında iştirak idmançılar üçün çox vacibdir”, - Ermənistan MOK-un baş katibi qeyd edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *