Bu da Bakıdakı ermənilər - VİDEO
AZXEBER.COM anspress-ə istinadən Ermənistanın Milli Olimpiya Komitəsinin üzvlərinin görüntüsünü təqdim edir.
Əslində təmas xəttində Ermənistan helikopterinin vurulmasından sonra ermənilərin Bakıya ayaq basacaqları sual doğururdu. Ermənistanda bu səfərin narazılıqla qarşılanmasına baxmayaraq, erməni nümayəndə heyəti Bakıya gəldi və Avropa Komitəsinin 43-cü Assambleyasında iştirak da etdi. Azərbaycan isə göstərdi ki, düşmən də olsaq, çörəyimiz halaldı, bərəkət isə Allahındır. Çörəkdən nahaq söz açmadım. Erməniləri elə nahar zamanı görüntüləyə bildik.
Bunlar Ermənistanın Milli Olimpiya Komitəsinin baş katibi Hraçya Rostomyan və beynəlxalq əlaqələr idarəsinin rəhbəri Vaginak Qalustyandır. Fürsətdən istifadə edib sual vermək istədim.
Bu gün Ermənistan nümayəndə heyəti geri qayıdır. Ermənistan Bakıda keçiriləcək ilk Avropa olimpiya oyunlarında iştirak etmək qərarı verib. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin Ermənistan tərəfi ilə danışıqlarının nəticəsi olub.
Avropa Olimpiya Komitəsinin prezidenti, Patrik Hikki deyib: "Bakıda keçirilən assambleyada Ermənistan tərəfini iki nümayəndə təmsil edirdi və mən bu iki gün ərzində onlarla söhbət apardım. Ermənistan tərəfi 49 iştirakçı ölkədən biri kimi yarışlara qatılacaq. Ümid edirəm Azərbaycan tərəfi də Ermənistanın iştirak qərarını xoş qarşılayacaq”
Ermənistan Bakıda baş tutacaq Avropa olimpiya oyunlarında iştirak edəcək 49 ölkədən biri olacaq.
Mənbə:> AZXEBER.COM