Bakıda Avropa Film Festivalı » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət, Kino

Bakıda Avropa Film Festivalı

Bakıda Avropa Film Festivalı


Sabah Bakıda 5-ci Avropa Film Festivalının açılışı olacaq. Noyabrın 9-dək davam edəcək festivalı "Park Cinema" klubu Avropa İttifaqının Bakı Nümayəndəliyi, Avropa İttifaqına üzv dövlətlərin Azərbaycanda təmsil olunmuş səfirlikləri ilə birgə keçirəcək.

ANS PRESS-in məlumatına görə, festivalda Aİ-yə üzv olan 16 ölkədən müasir filmlər təqdim ediləcək. Biletlər pulsuz olacaq.

Aİ səfiri Malena Mard deyib ki, Avropanın müxtəlifliyini və zəngin mədəniyyətini əks etdirəcək Avropa Film Festivalı təkrarolunmazdır. Festival mədəniyyət müxtəlifliyinin öyrənilməsi üçün bizə imkan verir. Mədəniyyət bir çox yollarla insanların ümid və arzularını təcəssüm edib, onları bir araya gətirir."

Xatırladaq ki, Avropa Film Festivalı Aİ-nın Azərbaycandakı nümayəndəliyi tərəfindən 2010-cu ildən təşkil olunur.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *