Ancelina Colidən yeni film » AzNews.info -Xəbər portalı

Bölmə: Kino, Maqazin

Ancelina Colidən yeni film

Ancelina Colidən yeni film


Məşhur aktrisa Ancelina Coli keniyalı paleoantropoloq Riçard Likinin həyatının motivləri üzrə "Afrika" adlanan film çəkəcək.

ANS PRESS-in məlumatına görə, Riçard Liki Keniyada britaniyalı arxeoloqlar və paleontoloqlar ailəsində anadan olub. Ətraf mühitin qorunması üçün çalışan alimin Keniyanın vəhşi təbiətin qorunması üçün bir sıra xidmətləri olub və təbiətin mühafizəsi üçün silahlı dəstələri təşkil edib. Bununla belə, Riçard elmi fəaliyyətlə də məşğul olub. O, paleoantropologiya sahəsində bir sıra vacib layihələrin müəllifidir. "Afrika" filminin premyerasının nə vaxt baş tutacağı elan edilməyib.

Aktrisanın rejissorluq etdiyi "Sındırılmamış" filmi dekabr ayında ekranlara çıxacaq. Hazırda isə o, baş rolları həyat yoldaşı Bred Pittlə paylaşdığı "Dənizdə" filminin çəkilişlərindədir.
Mənbə
ANS PRESS

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *