Başı kəsilən britaniyalı kimdir? » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya, Foto

Başı kəsilən britaniyalı kimdir? – FOTO

Başı kəsilən britaniyalı kimdir?


İŞİD terror qruplaşmasının edam etdiyi 44 yaşlı Britaniya vətəndaşı Devid Heynsin kimliyi bəlli olub.

ANS PRESS-in məlumatına görə, Devid Heyns qeyri hökümət təşkilatının əməkdaşı olub. O, 2013-cu ildə Suriya ərazisinə humanitar yardım gətirərkən qaçırılıb. "The Guardian" Heyns Suriya ərazisinə daxil olduğu 3-cü gün qaçırılıb.

O, Suriyada italiyalı həmkarı Federiko Motka ilə birgə 31 mart tarixində Türkiyə sərhəddində olan “Atmeh” qaçqın düşərgəsi yaxınlığında İŞİD tərəfindən qaçırılır. Həmkarı Motka mayda fidyə ödənişindən sonra geri qayıda bilir, lakin Heynsə bu qismət olmur.

20 illik peşəkar fəaliyyəti zamanı Heyns Suriya, Liviya, keçmiş Yuqoslaviya və Cənubi Sudan kimi dünyanın ən qaynar bölgələrində dinc sakinlərin qorunması yönündə işləyib.

O bütün həyatını qızğın münaqişələr keçən bölgələrdə sülhün bərqərar olması üzrə fəaliyyət göstərib və dinc əhalinin piyadalara qarşı minalardan qorunması üzrə layihələrə rəhbərlik edib.

Devid Korton Heyns şərqi Yokşirin Xoldernes şəhərində anadan olub. Uşaqlıq illərini valideynləri Herbert və Mariysklə Pertedə keçirib. Pertedə akademiyanı birtirdikdən sonra 17 yaşında hərbə yollanır və 1988-1999-cu illəri əhatə edən 11 illik hərbi karyerasının təməlini qoyur.

22 yaşında ilk yoldaşı Luiza ilə evlənməyinə və qızının anadan olmasına baxmayaraq 5 il sonra Heyns öz missiyasına başlayır və dünyanın ən təhlükəli bölgələrə humanitar səfərlər edir.

1999-2004-cü illərdə o keçmiş Yuqaslaviyada vətəndaş müharibəsindən sonra atılmış kəndlərin doldurulması və qaçqınların keçmiş məskənlərinə qaytarılması üzrə layihələrlə məşğul olur.

Burada işləmək onu inkişaf etdirir və buradan çıxaraq qeyri hökümət və humanitar təşkilatlarla birlikdə səriştəsini paylaşmaq üçün müstəqil məsləhətçi olmağa qərar verir.

O, Xorvatiyada bazalaşmış Astrea şirkətinin direktor məsləhətçisi kimi Liviyada minalardan təmizlənmə işlərində iştrak edir. Bunda əlavə 1999-cu ildən başlayaraq Balkan, Yaxın Şərq və Afrika bölgələrində insanlara kömək etmək üçün çalışıb.

Heyns özündan bir yaş böyük ikinci həyat yoldaşı Droqana Prodanoviçi də elə Balkanlarda, onun tərcüməçi işlədiyi vaxt görüb. Həmin vaxt Heyns Balkanlarda müharibədən sonra insanların keçmiş məskənlərinə qayıtmasına kömək edirdi.

Dostları deyir ki, cütlük “əsl sevgi hekayəsi”ni yaşayırdı və xanım 41 yaşında hamilə qalanda onlar çox xoşbəxt idilər. Cütlük 2010-cu ildə etdikləri toyun ildönümünü bu ilin noyabrında keçirməyi planlaşdırırdı. Heynsin yoldaşı hər gün ərinə görə göz yaşı tökdüyünü, lakin qızına atasının qaçırılmasını deyə bilmədiyini bildirmişdi.

Qeyd edək ki, Heynsin qətli Britaniya XİN tərəfindən ailəsinin onu buraxması xahişinin yayılmasından bir gün sonra baş verir.
İŞİD terror qruplaşmasının ekstremistləri Böyük Britaniya vətəndaşı Devid Heynsin edam videosunu yayıb. Əvvəlki videolarda olduğu kimi bu dəfə də edam olunan ölümdən qabaq müraciət edir və öz ölümündə Britaniya baş naziri Devid Kameronu günahlandırır.

Britaniya baş naziri Devid Kameron və ABŞ prezidenti də öz növbəsində qətli qınayaraq, günahkarların məhkəmə qarşısında cavab verəcəyinə söz veriblər.


Başı kəsilən britaniyalı kimdir?
Başı kəsilən britaniyalı kimdir?
Başı kəsilən britaniyalı kimdir?
Başı kəsilən britaniyalı kimdir?
Başı kəsilən britaniyalı kimdir?
Başı kəsilən britaniyalı kimdir?
Başı kəsilən britaniyalı kimdir?
Başı kəsilən britaniyalı kimdir?
Başı kəsilən britaniyalı kimdir?

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *