İŞİD-dən kütləvi baş kəsmə
“İslam Dövləti” (İŞİD) terror təşkilatının üzvləri Suriyanın Deyruz-Zor şəhərinin Şuaytat bölgəsində, aralarında uşaqların da iştirak etdiyi çox sayda adamın başını kəsərək edam edib.
ANS PRESS-in məlumatına görə, Suriya Yerli Koordinasiya Komitəsi (LCC) tərəfindən bildiriblər ki, İŞİD-in Deyruz-Zor şəhərinin qərbində yer alan Şuaytat bölgəsinin nəzarətini təmin etməsindən sonra, aralarında uşaqların da olduğu başları kəsilərək edam edilmiş 20 nəfərin cəsədinə rast gəlinib.
Qeyd edək ki, bu onların törətdiyi ilk belə hadisə deyil. Terrorçu qruplaşmanın ən son ABŞ-lı jurnalistin başını kəsməsi videosu ilə bütün dünya onların qəddarlığına şahid oldu.
Mənbə:> ANSPRESS