Türkiyə İŞİD-dən neft alıb?
Türkiyənin Enerji və təbii sərvətlər naziri Taner Yıldız ölkəsinin İŞİD-dən neft alması barəsində yayılan xəbərlərlə bağlı açıqlama verib.
ANS PRESS-in məlumatına görə, Taner Yıldız Türkiyənin İŞİD-dən neft alması iddilarının yalan olduğunu açıqlayıb: "İŞİD-dən neft almağımız tamam yalandır".
Qeyd edək ki, iki gün öncə Avropa Birliyinin (AB) İraq üzrə səfiri Jana Hubaskova Birliyin bəzi üvlərinin İŞİD radikal terror qruplaşmasından neft aldığını söyləyib.
İŞİD-in maliyyə dəstəyi mənbələri ətrafında mübahisələr səngimək bilmir. İraq və Suriyanı zəbt etməyə cəhd edən beynəlxalq terror təşkilatına köməklik göstərməkdə artıq bütün Yaxın Şərq monarxiyasını, hətta Səudiyyə Ərəbistanı vəhhabilərini də ittiham edilir. Lakin birbaşa sübutlar hələki yoxdur, ittiham edilən ölkələrin liderləri isə təbii hər şeyi təkzib edir.
Ekspertlər İŞİD silahlılarının işğal etdikləri ərazilərdən əldə etdikləri neft satışından əldə etdiyi gəliri hesablamaq qərarına gəliblər. Məlum olub ki, hazırda ekstremistlərin qanunsuz neft satışından əldə etdikləri gəlir nə az, nə çox, 2 milyon dollardır.
İŞİD neftin barrelini 25-30 dollara satır. Silahlılar gündəlik 30 min barrel istehsal edir. Beləliklə, terror təşkilatını qeyri-qanuni neft satışından 700 milyon dollardan artıq gəlir əldə edirlər.
İŞİD-in göstəriciləri dünya göstəriciləri ilə müqayisədə böyük olmasa da və qlobal bazara təsir göstərməsə də bu rəqəmlər ekspertləri qorxudur.
"İŞİD silahlılarının nəzarətində olan Suriya və İraq arasındakı region neft əldə etmək üçün ideal qara bazara çevrilib"? - deyə Brukinqs Araşdırma Mərkəzinə dəvət edilən elmi əməkdaş Luay Əl Hatib bildirib.
Mənbə:> ANSPRESS