Ancelina Coli və Bred Pitt evləndi » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Maqazin

Ancelina Coli və Bred Pitt evləndi

Ancelina Coli və Bred Pitt evləndi


Uzun müddətdir vətəndaş nikahında yaşadıqdan sonra 2012-ci ildə nişanlanan Hollivud ulduzları Bred Pitt və Ancelina Coli, nəhayət ki, evləndilər.

Bundan əvvəl evləndikləri barədə bir neçə dəfə şayiələr yayılan, lakin bu faktı təkzib edən məşhur cütlük avqustun 23-də Fransanın Korrens kəndində evlənib. Bunu cütlüyün mətbuat katibi təsdiqləyib.

Coli və Pitt adıçəkilən kəndin kilsəsində, yalnız yaxınlarının iştirak etdiyi sadə nikah mərasimi ilə evləniblər. Bu mərasimdən əvvəl isə cütlüyün yaşadıqları Kaliforniya ştatında nikah haqqında şəhadətnamə aldıqları bildirilir. Kilsədə nikahın təfərrüatlarına gəldikdə isə, deyilənə görə, gəlin mehraba böyük oğulları Meddoks və Paksın müşayiəti ilə gəlib, digər övladları Zahara və Vivyen gül ləçəkləri səpən rolunda, Şilo və Noks isə üzükdaşıyan rolunda çıxış edib.

Ancelina Coli və Bred Pittin 6 uşağından 3-ü himayayə götürülmüş uşaqlardır. Bu, Bred Pittin ikinci, Ancelina Colinin isə üçüncü evliliyidir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *