Lerikdə plov festivalı keçirilir » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət, Video

Lerikdə plov festivalı keçirilir

Lerikdə plov festivalı keçirilir


Ucqar dağ rayonu Lerik bu gün bayram ab-havasındadır.

ANS TV-nin məlumatına görə, Respublika Mədəniyyət və Turizm Nazirliyi, Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosasiyası Lerik Rayon İcra Hakimiyyətilə birgə rayondakı turizm mərkəzlərinin birində ölkədə ilk dəfə plov və onunla bərabər uzunömürlülər festivalı keçirir.

İlk əvvəl meydan cənub kulinarlarının ixtiyarına verilib. Cənub bölgəsinin 8 rayonunu təmsil edən kulinarlar, ümumilkdə 32 növ plovu münsiflər heyətinə təqdim edib.

Bu günkü plov festivalında Masallı kulinarları daha çox fərqlənirlər. Onlar bu festivala təqribən 8-9 adda plov növü təqdim ediblər. Boranı plov, şüyüd plov, paxla plov, cücə plov, badımcan dolması və ən nahayət şah plov.

İştirakçılara cənub mətbəxində daha çox tanınan plovlarla yanaşı unudulmaqda olan növlər də təqdim edilib.

“Özəli odur ki, bizim şor balıq ən gözəlidir. Xüsusən yay fəslində. Hazırlanma qaydası belədir - soğanlar xırda-xırda doğranır” -_deyə Salyan rayonunun kulinarı Rəxşəndə Qasımova qeyd edib.

“50 ilə yaxındır ki, bu sənətdə mən işləyirəm. Mərci plov, kişmiş plov, boranı plov, ziyad balığı, yerli cücə ləvəngisi, bunlar Lerik Talış mətbəxinin nümunələridir” – deyə Lerik rayonundan aşpazı Hüseynbaba Əhmədov bəyan edib.

Plov festivalının ardınca uzunömürlülər festivalı kecirildi. Festivala cənub bolgəsinin yaşı 80-dən cox 150-yə yaxin sakini qatılıb.

Uzunömürlülər Festivalına mədəniyyət və turizm naziri ƏbülfəS Qarayev də qatılıb.

Əbülfəz Qarayevin sözlərinə görə, belə bir festival bayramı sözsüz ki, insanlar üçün çox gözəl fürsətdir ki, onlar bu bölgənin ənənəsi tarixilə, abidələrilə bu günkü həyatı ilə tanış olsunlar: “Və Azərbaycanı sevsinlər. Biz ilk dəfədir ki, uzunömürlülər festivalı keçirdirik. Bu da gözəl bir təşəbbüsdür. Hesab edirəm ki, yaşayacaq bir təşəbbüsdür”.

Festival geniş konsert proqramı ilə davam etdi.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *