Böyük festivala qeydiyyat başladı
Bu gün saat 10:00-dan başlayaraq Şəkidə Qafqazın ilk Moto Festivalında iştirak edənlərin qeydiyyatı başlayıb. ANS PRESS-in məlumatına görə, 100-dən çox bayker qeydiyyatdan keçib. Baykerlər əsasən Bakı Quba, Gəncə və s. rayonlardan gəliblər. Bundan başqa, xarici baykerlərdən olan Kris artıq Londondan gələrək festivala qoşulub.
Hazırda qeydiyyatdan keçən baykerlər məşqlərə başalyıb. Məşqlər tamaşaçılar tərəfindən maraqla izlənir. Bundan başqa, festivalda Aşağı Karvansarayda yarmarka açılıb. Yarmarkada yerli mədəniyyət və incəsənətimizi əks etdirən əl işləri də satılır. Bu da Qafqazın mədəniyyət mərkəzi sayılan Şəkidə xarici turistlərin marağına səbəb olacaq.
Moto Festival iki gün, 29-30 avqust tarixlərində davam edəcək möhtəşəm CAUCASUS MOTO FESTi-nin rəsmi açılışı mərasimi Şəkinin tarix memarlıq abidəsi olan Aşağı Karvansarayda baş tutacaq. Zəngin və rəngarəng proqramlı Moto Festivalın açılışı Milli Qəhrəman Çingiz Mustafayevin doğum gününə təsadüf edir.
Qədim Şəki şəhəri həm xarici, həm də paytaxtdan gedən qonaqları ən yüksək səviyyədə qəbul edəcək.
Festivalın ilk günü CMF sərgi və yarmarkasının açılışı, “Qanundan Kənar” filminin nümayişi ilə başlayacaq. Daha sonra qonaqlar milli çövkan oyununu izləmək şansı qazanacaqlar. Saat 20:30-da Moto Festivalın rəsmi açılış mərasimi baş tutacaq.
Mərasim "Natiq" ritm qrupu, "Bon Jovi" Tribyut Şou, "The Rolling Stones" Şou, yerli və xarici DJ-lərin iştirakı ilə diskoteka, “80-lər” və “Real Qabanlar” filminin nümayişi ilə davam edəcək. Öz rəngarəgliyilə seçiləcək festivalın ikinci günü öz işinə Olimpiya Kompleksinin qarşısında baykerlərin test-raydı ilə başlayacaq.
Moto Festivala dünyanın bir çox ölkələrindən - ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Gürcüstan, Xorvatiya, İran, Böyük Britaniyada və s. ölkələrdən baykerlər iştirak edəcək. Moto Paradda onlarla bayker öz ölkələrinin bayraqları ilə Şəki küçələrində moto-həvəskarları salamlayacaq.
Festival iştirakçılarına xüsusi turlar vasitəsilə gün ərzində şəhərin tarixi abidələrilə tanışlıq imkanı da yaradılacaq.
Mənbə:> ANSPRESS