Rusiya Azərbaycan sərhədində təlimlərə başladı
Rusiya Azərbaycan sərhədində və Xəzər dənizində genişmiqyaslı hərbi təlimlərə başlayıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Cənub Hərbi dairəsinin mətbuat xidməti açıqlama yayıb.
Hərbi təlimlər Həştərxan vilayətindəki Aşuluk poliqonunda keçirilir.
Təlimlərdə Hava Hücümündan Müdafiə qüvvələri, aviasiya və Xəzər Dəniz Donanmasının gəmilərinin iştirak edir.
Cənub Hərbi dairəsinin açıqlamasında bildirilir ki, təlimlərdə şərti hədəfin aviasiya və raket hücumunun qarşısının alınması həyata keçiriləcək.
Mənbə:> ANSPRESS