Ukrayna təyyarəsi vuruldu
Ukraynada separatçılar orduya məxsus bombardmançı təyyarəsi vurub.
ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna anti terror əməliyyatı qrupunun mətbuat xidməti açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus Su-25 tipli bombardmançı təyyarə Donbass bölgəsində Rusiya meyilli silahlılar tərəfindən raketlə vurulub.
Pilot paraşütlə təyyarədən tullandığı üçün sağ qalıb. O, təyyarənin vurulduğu vaxtdan 1,5 saat sonra yaxınlıqdakı Ukrayna ordusunun nəzarətində olan hərbi hissəyə gəlib.
Açıqlamada həmçinin bildirilir ki, separatçıların Ukrayna ordusuna aid 4 hərbi təyyarəsini vurması ilə bağlı yaydığı xəbərlər həqiqəti əks etdirmir.
Mənbə:> ANSPRESS