Ukrayna əsgərləri tələyə düşdü
Ukrayna ordusunda xidmət edən əsgərlərdən və könüllülərdən ibarət batalyon Donetskdə tələyə düşüb.
ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna ordusunun “Donbass” batalyonunun komandiri Semen Semençenko facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, Ukrayna hərbçiləri mühasirədən çıxamağa çalışarkən tələyə düşüblər.
“Hazırda əsgərlərimiz mühasirədədir və ağır döyüşlər gedir. Onlar təslim olmaq istəmirlər”, - deyə Semençenko bildirib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin separatçıları mühasirəyə düşən Ukrayna hərbçilərinə humanitar yardım etmək üçün dəhliz açılmasına şərait yaratmağa çağırıb.
Mənbə:> ANSPRESS