Separatçılar qiyam törətdi: 100 ölü
Donetskin İlovaysk bölgəsində mühasirədə qalanların çıxması üçün təşkil edilən “humanitar dəhlizin” atəşə tutulması nəticəsində Ukrayna ordusunun yüzə yaxın əsgəri məhv edilib.
ANS PRESS-in məlumatına görə, özünü elan edən müqavimət qüvvələri ordunun keçib mühasirədən qurtulması üçün şərait yaradacaqlarına boyun olmuşdu.
İlkin məlumatlara görə, Ukrayna Silahlı Qüvvələrinin 40, 39, 28-ci taburu və 51-ci Volınsk briqadası itki verib.
Dəhlizin atəşə tutulması barədə məlumatı “112 Ukraina” telekanalında jurnalist Nazar Voznyuk verib.
“Mən indi hazırki məkanını dəyişərərk ölkənindaxilinə doğru irəliləyən Ukrayna ordusnun karvanı ilə birgəyəm. Bu gün Rusiya ordusunun aktiv irəliləyişi sezilirdi. Onları axırıncı gördüyümüz yer Rozovka yaxınlığındakı su çəni olub. Ordu karvanı İlovayska yaxın yerdə, saat 10 radələrində atəşə tutulub. Biz heç bilmirik nə qədər adam sağ qalıb. Təkcə bizim karvandan bu rəqəm təqribən iyirmidir”- bildirən jurnalist daha sonra “Keçid üçün heç bir dəhliz bizə təqdim olunmayıb. Vəziyyət acınacaqlıdır”- deyə əlavə edib.
Qeyd edək ki, “humanitar dəhlizin” atəşə tutulması barədə, Ukrayna tərəfindən rəsmi təsdiq gəlməyib.
Xatırladaq ki, 29 avqust tarixində RF prezidenti Vladimir Putin mühasirədə qalan Ukrayna əsgərlərinin sağ-salamat çıxması üçün, müqvimət qüvvələrini “humanitar dəhliz” açmağa çağırıb. Çox keçmədən buna cavab olaraq DXR mühasirədə qalan ordunun tərksilah olması şərti ilə təklifi qəbul ediblər.
Mənbə:> ANSPRESS