Artur Abraham: Erməni idmançılar Bakıya gəlməməlidirlər
Erməni əsilli alman boksçu, WBO-nun orta çəki kateqoriyası üzrə hazırkı dünya çempionu Artur Abraham Ermənistan Milli Olimpiya Komitəsinin erməni idmançıların Bakıda Avropa Oyunlarında iştirakı barədə verdiyi qərarı şərh edib.
“Düşünürəm ki, erməni idmançılar Bakıya gəlməməlidirlər, - Oxu.Az boksçunun news.am-a dediyi sözlərindən sitat gətirir. – Bizim boksçularımız yaxşı formadadırlar. Əgər Bakıya yığmanın birinci nömrələri yola düşərlərsə, onlar medal qazancaqlar. Lakin Azərbaycanda bizim yüksək nəticələrə nail olmamağımız üçün əllərindən gələni edəcəklər. Bizim uşaqlara mane ola və sadəcə medalları qazanmağa imkan verməyə bilərlər.
Xatırladaq ki, Ermənistan Avropa Oyunlarında güləş, sambo, cüdo, taekvondo, boks və atış üzrə təmsil olunacaq.
Mənbə:> Oxu.Az