Erməni məşqçi: Bizi döyəcəklər
"Qoy Bakıya bura getmək qərarını verənlər getsin".
ANS PRESS-in məlumatına görə, bu sözləri Armenpress-ə boks üzrə Ermənistan yığmasının baş məşqçisi David Torosyan bildirib.
"Mən yetirmələrimi Bakıya aparmağı fikirləşmirəm. Qoy ora Bakıya getmək qərarını verənlər getsinlər. Ancaq bu o demək deyil ki, Bakıya erməni boksçuları getməyəcək. Boks Federasiyasında Bakıda doğulan və Azərbaycana getmək arzusu ilə alışıb-yanan çoxlu şəxslər var. Qoy elə onlar da ora getsin. Mənim boksçularımın orda heç bir işi yoxdur. Əminəm ki erməni boksçuları ilk döyüşdəcə yarışdan kənarda qalacaqlar. Onları ilk döyüşdə döyəcəklər", -deyə David Torosyan bildirib.
Qeyd edək ki, Ermənistan Olimpiya Komitəsi yayda Bakıda keçiriləcək Avropa Oyunlarında iştirak qərarı versə də bu bir çox erməni idman məşqçilərinin xoşuna gəlməyib.
Mənbə:> ANSPRESS