Vovik Xocayan: Əgər hakimiyyət qərar veribsə, deməli Bakıya getməliyik » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, İdman, Güləş

Vovik Xocayan: Əgər hakimiyyət qərar veribsə, deməli Bakıya getməliyik

Vovik Xocayan: Əgər hakimiyyət qərar veribsə, deməli Bakıya getməliyik


Ermənistanın sambo üzrə məşqçisi Vovik Xocayan da Bakıda iyun ayında keçiriləcək Avropa Oyunlarında iştiraka dair öz fikrilərini söyləyib.

“Əgər Ermənistanın Milli Olimpiya Komitəsi və hakimiyyət qərara alıblarsa, deməli biz getməliyik. Avropa Oyunlarında Ermənistana üç - iki kişilər arasında və bir qadınlar arasında keçirilən yarışlarda kvota ayrılıb.

Bakıda əvvəllər olan və indi də ora getməyə hazır olan adamlar var, amma təhlükəsizlik məsələsinə gəldikdə hər şey mümkündür”, - Oxu.Az Xocayanın armenpress.am-da dərc olunmuş sözlərindən sitat gətirir.

Xatırladaq ki, Ermənistan MOK-un mart ayının 10-da keçən iclasında Bakıda keçiriləcək Avropa Oyunlarında Ermənistanın güləş, sambo, cüdo, taekvondo, boks və atıcılıq üzrə təmsil olunması barədə qərar qəbul edilib.

Daha sonra Güləş Federasiyası, boks üzrə yığmanın məşqçisi David Torosyan, eləcə də Taekvondo Federasiyası Oyunlarda iştirakın əleyhinə çıxış etdilər. Bununla yanaşı Ermənistanın ən yaxşı taekvondoçusu Arman Yeremyan Avropa Oyunlarında iştirak etmək arzusunda olduğunu bildirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *