Azərbaycanlı karateçi Avstriyada final döyüşünə çıxacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Azərbaycanlı karateçi Avstriyada final döyüşünə çıxacaq

Azərbaycanlı karateçi Avstriyada final döyüşünə çıxacaq


Azərbaycanlı karateçi Asiman Qurbanlı (+84 kq) Avstriyanın Zalsburq şəhərində keçirilən nüfuzlu A Seriyası turnirinin finalına yüksəlib.

Oxu.Az xəbər verir ki, bir-birinin ardınca Fransa, İtaliya, İran və Ekvadordan olan rəqiblərini məğlub edən A.Qurbanlı yarımfinalda son dünya çempionu Yonatan Horneyə (Almaniya) qalib gəlib.

Sabah qızıl medal uğrunda həlledici görüşdə karateçimizi daha bir İran idmançısı Saleh Abazari ilə gərgin döyüş gözləyir.

Altı görüşdən beşində qalib gələn Firdovsi Fərzəliyev (-60 kq) isə yarışın son günü Qazaxıstan idmançısı Kaysar Alpisbayla bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.

Qeyd edək ki, Dünya Karate Federasiyasının (WKF) mötəbər yarışlarından olan A Seriyası turnirinin ilk mərhələsində rekord sayda – 99 ölkədən 2057 karateçi iştirak edir. “Zalsburq Arena”da təşkil edilən turnirdəki digər idmançılarımız – Rafiz Həsənov (-67 kq), Ayxan Mamayev (-84 kq), Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq) və dünya çempionumuz İrina Zaretskaya (-68 kq) bu gün mübarizəyə qatılacaq.

Onu da bildirək ki, bu yarışda komandamızın lideri, dünya çempionumuz Rafael Ağayev (-75 kq) iştirak etmir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *