Dünya çempionumuz gümüş medal qazandı
Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 45-ci beynəlxalq Qran Pri turniri start götürüb.
Azərbaycan Güləş Federasiyasından (AGF) ANS PRESS-ə verilən məlumata görə, turnirdə sərbəst güləş üzrə ölkə yığma komandasının üzvləri iştirak edir.
Turnirin ilk günündə 57, 65, 74 və 97 kq çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparıb.
97 kq çəki dərəcəsində finalda yığma komandamızın iki üzvü qarşılaşacaq. Olimpiya Oyunlarının ikiqat bürünc medalçısı Xetaq Qazyumov ardıcıl olaraq Ukrayna təmsilçisi Hleb Kutey, Slovakiya idmançısı Jozef Jaloviar, Moldovadan Nikolay Çeban, yarımfinalda isə gürcü Omar Qusoşvilini məğlub edib. Bütün rəqiblərinə xal vermədən qalib gələn Xetaq finalda yığma komandamızın digər üzvü Şərif Şərifovla qarşılaşıb.
Olimpiya çempionu Şərif Şərifov finala qədər Qazaxstanlı Mamed İbrahimov, ABŞ təmsilçisi David Zabriske, Ukrayna güləşçiləri Avropa çempionu Pavlo Oleynik və London Olimpiadasının gümüş medalçısı Valeriy Andreytsevi mübarizədən kənarlaşdırıb.
Gərgin keçən və maraqla izlənilən final qarşılaşması Xetaq Qazyumovun 5:0 üstünlüyü ilə tamamlanıb. Bu nəticə ilə, Xetaq Qazyumov qızıl, Şərif Şərifov isə gümüş medal qazanıb.
65 kq
1/16 final - Hacı Əliyev - Furkat Fərmanov (UZB)
1/8 final - Hacı Əliyev - Mixail Sava (MDA) 12:4
1/4 final - Aleksandr Kontoev (BLR) - Hacı Əliyev 6:4
74 kq
1/16 final - Medina Aogysta (GBS) - Kənan Əliyev 0:10
1/32 final - İlyas Satibaldin (KAZ) - Cəbrayıl Həsənov
1/16 final - Cəbrayıl Həsənov - Nurlan Bekjanov (KAZ) 7:1
1/8 final - Rəşid Kurbanov (UZB) - Kənan Əliyev 9:1
1/8 final - Cəbrayıl Həsənov - Bolat Sakayev (KAZ) 11:1
1/4 final - Cəbrayıl Həsənov - Ali Şabanov (BLR) 1:5
97 kq
1/16 final - Xetaq Qazyumov - Hleb Kutey (UKR) 6:0
1/16 final - Mamed İbrahimov (KAZ) - Şərif Şərifov 0:10
1/8 final - Şərif Şərifov - David Zabriske (USA)
1/8 final - Jozef Jaloviar (SVK) - Xetaq Qazyumov 0:8
1/4 final - Xetaq Qazyumov - Nikolay Çeban (MDA) 8:0
1/4 final - Şərif Şərifov - Pavlo Oleynik (UKR) 7:4
1/2 final - Omar Qusoşvili (GEO) - Xetaq Qazyumov 0:4
1/2 final - Valeriy Andeytsev (UKR) - Şərif Şərifov 2:6
FİNAL - Xetaq Qazyumov - Şərif Şərifov 5:0
Mənbə:> ANSPRESS