Toğrul Əsgərov üçün növbəti şans
Martın 6-7-də Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 45-ci beynəlxalq Qran Pri turnirinə start veriləcək.
ANS PRESS-in məlumatına görə, turnirdə sərbəst güləş üzrə ölkə yığma komandasının üzvləri iştirak edəcək.
Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında 10 güləşçimiz turnirə yollanacaq. Əhmədnəbi Qvarzatilov, Ruhlan Məmmədov (hər ikis 61 kq), Hacı Əliyev (65 kq), Toğrul Əsgərov (70 kq), Cəbrayıl Həsənov, Kənan Əliyev (hər ikisi 74 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov, Şərif Şərifov (hər ikisi 97 kq) və Əli Maqomedabirov (125 kq) yarışda qüvvəsini sınayacaq.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edəcək.
Mənbə:> ANSPRESS