Güləşçilərimizdən 3 bürünc medal » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Güləşçilərimizdən 3 bürünc medal – YENİLƏNİB

Güləşçilərimizdən 3 bürünc medal


Hacı Əliyev, Ruslan Dibirhacıyev və Camaləddin Maqomedov.

Bakı 2015 birinci Avropa Oyunlarının sərbəst güləş yarışlarında bu gün Azərbaycan təmsilçiləri daha bir bürünc medal qazanıblar.

Oxu.Az xəbər verir ki, Avropa və dünya çempionatının mükafatçısı Camaləddin Maqomedov (125 kq) 3-cü yer uörunda slovakiyalı Soslan Qaqloyevlə qarşılaşıb və son görüşünü qələbə ilə başa vurub. Maqomedov rəqibini 7:2 hesabı ilə məğlub edərək, bürünc medala yiyələnib. Bu medal yığmamızın 27-ci mükafatı olub.

Ölkəmizi 86 kq çəkidə təmsil edən Nurmaqomed Hacıyev isə bürünc medalı əldən verib. 3-cü yer uğrunda görüşdə o polşalı Radoslav Marcinkyeviczə 3:5 hesabı ilə uduzub. Nəticədə o, yarışı 5-ci pillədə bitirib.

Hal-hazırda Azərbaycanın hesabında 11 qızıl, 4 gümüş və 12 bürünc medal var.

20:43

Azərbaycan üçün daha bir bürünc medalı 70 kq çəkidə mübarizə aparan sərbəst güləşçi Ruslan Dibirhacıyev qazanıb.

Oxu.Az xəbər verir ki, 3-cü yer uğrunda görüşdə Ruslan gürcü David Tlaşadzeni 6:2 hesabı ilə məğlub edib.

Xatırladaq ki, bir az əvvəl Hacı Əliyev (61 kq) də bürünc medal qazanmışdır.

Azərbaycanın hesabında 11 qızıl, 3 gümüş və 11 bürünc medal var.

Bu gün daha iki güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq.

19:16

Bakı 2015 birinci Avropa Oyunlarının sərbəst güləş yarışlarında bu gün Azərbaycan təmsilçiləri daha bir bürünc medal qazanıblar.

Oxu.Az xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən güləş yarışlarının son günü Azərbaycan idmançıları daha bir bürünc medal qazanıblar.

Sərbəst güləş yarışlarında Azərbaycanın şərəfini 61 kq çəki dərəcəsində qoruyan pəhləvanımız Hacı Əliyev 3-cü yer uğrunda görüşdə Türkiyə təmsilçisi Munir Recep Aktaşla qarşılaşıb.

Qardaş ölkə təmsilçisindən açıq-aşkar daha üstün güləş nümayiş etdirən Hacı Əliyev sonda 10:2 hesabı ilə qalib gələrək Avropa Oyunlarının bürünc medalını qazanıb.

Qeyd edək ki, Avropa və dünya çempionumuz 1/8 final mərhələsində erməni Valodiya Franqulyanı 7:0 hesabı ilə darmadağın edib.

15:50

61 kq çəki kateqoriyasında çıxış edən güləşçimiz Hacı Əliyev yarımfinalda rusiyalı Aleksandr Boqomoyevlə qarşılaşıb. Görüş rusiyalının xeyrinə başa çatıb – 5:2.

Oxu.Az xəbər verir ki, bununla belə, Əliyev üçüncü yer uğrunda mübarizəni davam etdirəcək. O, saat 19:00-da bürünc medal uğrunda türkiyəli Recep Aktaş Minurla qarşılaşacaq.

70 kq çəki kateqoriyasında çıxış edən idmançımız Ruslan Dibirhacıyev də 1/8 finalda məğlubiyyətdən sonra bürünc medal uğrunda mübarizə aparacaq.

Dibirhacıyev bürünc medal uğrunda Davit Tlaşadze (Gürcüstan) ilə mübarizə aparacaq. Görüş saat 19:28-də başlayacaq.

86 kq çəki kateqoriyasında çıxış edən idmançımız Nurmaqomed Hacıyev 1/4 finalda rusiyalı Abdulrəşid Sadulayevə məğlub olduqdan (1:11) sonra bürünc medal uğrunda mübarizə aparacaq.

İdmançımız 3-cü yer uğrunda görüşdə polşalı Radoslav Marcinkyeviczlə qarşılaşacaq, görüş saat 20:00-da başlayacaq.

125 kq çəki kateqoriyasında çıxış edən idmançımız Camaləddin Maqomedov 1/8 finalda məğlubiyyətdən sonra üçüncü yer uğrunda Slovak Soslan Qaqloyevlə qarşılaşacaq. Görüş saat 20:52-də başlayacaq.

12:38

61 kq çəki kateqoriyasında çıxış edən güləşçimiz Hacı Əliyev 1/4 finalda da qalib gəlib.

Oxu.Az xəbər verir ki, dünya çempionumuz Bolotnyuku 11:0 hesabı ilə məğlub edib.

Yarımfinalda idmançımız Aleksandr Boqomoyevlə qarşılaşacaq.

70 kq çəki dərəcəsində güləşçimiz Ruslan Dibirhacıyev 1/8 finalda polşalı Maqomedmurad Hacıyevlə döyüşüb.

İdmançımız 2:7 hesabı ilə uduzub.

86 kq çəki dərəcəsində güləşçimiz Nurmaqomed Hacıyev 1/8 finalda bolqar Georgi Sredkova qalib gəlib – 14:2.

Lakin 1/4 finalda idmançımız rusiyalı Abdulrəşid Sadulayevə uduzub – 1:11.

125 kq çəki kateqoriyasında çıxış edən sərbəst güləşimiz Camaləddin Maqomedov isə ilk görüşündə litvalı Yonas Rudaviçiusa qalib gəlib – 10:0.

Daha sonra Maqomedov 1/8 finalda türkiyəli Taha Akgüllə güləşib və 5:2 hesabı ilə uduzub.

12:37

61 kq çəki kateqoriyasında yarışan idmançımız Hacı Əliyev 1/8 final mərhələsində erməni idmançısı Valodiya Franqulyanla qarşılaşıb.

Oxu.Az xəbər verir ki, gərgin keçən görüş idmançımızın hesablı qələbəsi ilə başa çatıb.

Əliyev Franqulyanı 7:0 hesabı ilə darmadağın edib.

İdmançımız 1/4 finalda Mikola Bolotnyukla görüşəcək.

09:55

Bu gün Bakı-2015-də sərbəst güləş yarışları başa çatacaq.

Oxu.Az apasport-a istinadən xəbər verir ki, baş tutacaq 4 çəki ilə pəhləvanların mübarizəsi də yekunlaşacaq.

İlk gündə 2 qızıl və 1 bürünc medal qazanan sərbəst güləşçilərimiz bu gün də bütün çəkilərdə təmsil olunacaq.

61 kq çəki kateqoriyasında Avropa Oyunlarını 5-ci pillədə başa vuran və 1/4 finalda erməni Qarik Barsekyanı məğlub edən Yaşar Əliyevin ardınca qardaşı Hacı Əliyev də Ermənistanın təmsilçisi ilə qarşılaşacaq.

Avropa və dünya çempionumuz ilk cəhdindəcə Valodiya Franqulyanla münasibətinə aydınlıq gətirəcək. 1/8 final mərhələsinə təsadüf edəcək görüş saat 10:49-da başlayacaq.

70 kq çəki kateqoriyasında Avropa çempionumuz Ruslan Dibirhacıyev Avropa Oyunlarına 1/8 finaldan qatılacaq. 27 yaşlı güləşçimiz bu mərhələdə Miroslav Kirov (Bolqarıstan) – Maqomedmurad Hacıyev (Polşa) cütünün qalibini gözləyir.

86 kq çəki kateqoriyasında Nurmaqomed Hacıyev mübarizəyə 1/8 finaldan başlayacaq. 19 yaşlı güləşçimiz ilk cəhdində bolqarıstanlı Georgi Sredkovla üz-üzə gələcək. Qarşılaşma saat 10:56-da start götürəcək.

125 kq çəki kateqoriyasında Avropa və dünya çempionatının mükafatçısı Camaləddin Maqomedov ilk görüşünü Yonas Rudaviçiusa (Litva) qarşı keçirəcək. Döyüş saat 10:21-də başlayacaq.

Qeyd edək ki, sərbəst güləş yarışlarının ilk günündə Toğrul Əsgərovla (66 kq) Xetaq Qazyumov (97 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) isə bürünc medal qazanıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *