Millimizin Çexiya və Almaniya ilə oyunlarının hakimləri bəlli oldu
Futbol üzrə Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsindəki son 2 oyunu üçün hakim təyinatları açıqlanıb.
AzNews.info Yenicag.az-a istinadən xəbər verir ki, millimizin Çexiya ilə qarşılaşması fransalı, Almaniya ilə görüşü isə latviyalı hakimlər briqadasına tapşırılıb.
Çexlərlə görüşün baş hakimi Benua Miyo olacaq. Ona yan xətt hakimləri Julian Paçelli və Bertran Juanno kömək edəcək. Dördüncü hakim funksiyasını isə Frank Şnayder yerinə yetirəcək.
Almaniya ilə oyunun baş hakimi isə Andris Traymanis təyin olunub. Ona yan xətt hakimləri Harald Qudermanis və Aleksey Spasyonnikov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Aleksandr Qolubev yerinə yetirəcək.
Qeyd edək ki, C qrupunda yer alan Azərbaycan millisi Çexiya ilə oktyabrın 5-də Bakı Olimpiya Stadionunda üz-üzə gələcək. Oyun saat 20:00-da başlayacaq. Almaniya ilə qarşılaşma isə oktyabrın 8-də Kayzerslauterndə keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Mənbə:> Yenicag.az