Millimizin oyununu fransızlar idarə edəcək
DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya və Azərbaycan oyununun hakimləri bəlli olub.
“Qafqazinfo” xəbər verir ki, noyabrın 11-də baş tutacaq qarşılaşmanı fransalı hakimlər briqadası idarə edəcək.
Matç Şimali İrlandiyanın “Vindzor Park” stadionunda keçiriləcək.
23:45. Şimali İrlandiya - Azərbaycan
Baş hakim: Klemen Turpin
Baş hakiminin köməkçiləri: Nikola Danos, Kril Qrinor
Dördüncü hakim: Frenk Şneyder
Mənbə:> Qafqazinfo.az