Azərbaycanlı hakim “Barselona”nın oyununu idarə edəcək
UEFA Azərbaycanın FİFA dərəcəli hakimlərinə təyinat verib.
Oxu.Az-ın AFFA-nın saytına istinadən verdiyi məlumatına görə, 7 təmsilçimiz martda keçiriləcək beynəlxalq oyunlarda iştirak edəcək.
Əliyar Ağayevin briqadası “Barselona”nın U-19 komandasının “Anderlext”lə Belçikadakı görüşündə ədaləti qoruyacaq. Digər 4 hakimimiz isə yeniyetmələrin Avropa çempionatının elit mərhələsində iştirak edəcək.
8 mart
UEFA Gənclər Liqası
“Anderlext” (Belçika) – “Barselona” (İspaniya)
Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov
22-27 mart
U-17 qızlar, elit-raund
Şimali İrlandiya, Danimarka, İspaniya, Ukrayna
Səbayel Qurbanova, Xəyalə Əzizzadə
23-30 mart
U-19, elit-raund
Hollandiya, Polşa, Ukrayna, Şimali İrlandiya
Rəhim Həsənov, Namiq Hüseynov
24-29 mart
U-17 qızlar, elit-raund
Belçika, İngiltərə, İslandiya, Serbiya
Yuliya Larionova, Aybəniz Əsgərzadə
Mənbə:> Oxu.Az