Azərbaycan və Rusiya çempionları eyni qrupda
Futzal üzrə Azərbaycan çempionu “Araz”ın UEFA Kubokunun elit mərhələsindəki daha iki rəqibi müəyyənləşib. ANS PRESS-in məlumatına görə,İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Naxçıvan təmsilçisinin rəqiblərinə aydınlıq gəlib.
“Araz”ın bilinən ilk rəqibi Çexiyanın “Xrudim” klubu idi. Elit mərhələnin oyunları məhz Xrudim şəhərində keçiriləcək. B qrupunda mübarizə aparacaq təmsilçimiz Rusiya çempionu “Dina” (Moskva) və Slovakiyanın “Slov-Matik” klubları ilə mübarizə aparacaq.
İngiltərə çempionu "Bakı Yunayted" isə D qrupuna düşüb. Azərbaycanlıların klubu "Barselona", "Beretyouyfolu" və "Lokomotiv"lə yarışacaq.
Elit mərhələnin oyunları noyabrın 18-dən 23-dək keçiriləcək. “Araz”ın yeni baş məşqçisi Faustino Peres cari avrokubok mövsümündə ilk ciddi sınağını məhz UEFA Kubokunun elit mərhələsində verəcək. Bu mərhələdə 4 qrup qalibi aprelin sonlarında keçiriləcək “Dördlər finalı”na vəsiqə qazanacaq.
A qrupu: Sportinq (Portuqaliya)*, İnter (İspaniya), Qrand Pro (Bolqarıstan), Şarlerua (Belçika).
B qrupu: Xrudim (Çexiya)*, Araz (Azərbaycan), Dina (Moskva, Rusiya), Slov-Matik (Slovakiya).
C qrupu: Kayrat (Qazaxıstan)*, Sportinq (Fransa), Nikars (Latviya), Ekonomats (Serbiya)
D qrupu: Barselona (İspaniya)*, Beretyouyfolu (Macarıstan), Baku Yunayted (İngiltərə), Lokomotiv (Xarkov, Ukrayna).
Qeyd: * işarəsi ilə göstərilən komandalar elit mərhələdə meydan sahibləridi.
Mənbə:> ANSPRESS