“Yanq Boyz” - “Qarabağ” oyununu rusiyalı hakimlər idarə edəcəklər
UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Yanq Boyz” - “Qarabağ” matçının hakimləri müəyyənləşib.
AzNews.info-nun Apasport.az-a istinadən məlumatına görə, görüş rusiyalı Vladislav Bezborodova həvalə olunub. Ona Nikolay Qolubev və Maksim Qavrilin kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Aleksey Eskov yerinə yetirəcək.
Maraqlıdı ki, öncədən qarşılaşmanı israilli hakim Alon Yefetin idarə etməsi gözlənilirdi.
Qeyd edək ki, “Yanq Boyz” - “Qarabağ” görüşü avqustun 20-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Mənbə:> Apasport.az